2023. Rəqəmsal dünya yenidən dəyişir

Vurğun Hacıyev
3 min readJan 6, 2023

Hər il olduğu kimi bu ildə Silkon Vadisində nələr baş verir, Covid-19 nəhəng texnologiya şirkətlərində nələrə səbəb oldu ki, bu səbələr artıq tech sənayesinə işsizlik anlayışını gətirməyə başladı .Yoxsa dünya yeni bir böyüməyə hamilədirmi.

Son zamanlar iri tech şirkətlərinin əməkdaşlarının işdən çıxarılması proseslərini diqqətlə izləyir və yeni dünya necə qurulur ona baxıram. Heç bir zaman düşünə bilməzdim ki, bir gün proqramçı-mühəndis işsiz qala biləcək. Keçən il biz bir çox iş yeri meyarlarının real vaxtda dəyişdiyini gördük. Yeni ilə şirkətlərin istedadları necə saxlaya bilmədiklərindən danışmağa başlamışdıq ki, daha sonra tendensiya dəyişdi. Bir çox şirkətlər məcbur olaraq “sakit işdən çıxma” tendensiyasına başladı və bu tendensiya 2023 cü ilin mart ayına kimi davam edəcəyini düşünürəm. Mənim proqnozum budur ki, 2023-cü il HR menecerlərin hesabatlarını dəyişəcək yeni bir mədənəiyyət formalaşacaq. Əməkdaşlar iki ildən bir yeni iş dəyişməkdənsə, iş yerində qalaraq işlədikləri şirkətlərə sadiq qalacaqlar. Onlar digər tərəfdən otların həmişə yaşıl olmadığını başa düşməyə başlayacaqlar və təhlükəsizlik təklif edə biləcək bir işəgötürən axtaracaqlar. Bir zamanlar iş axtaranlar intervyularda işə götürənə maliyyə sualları vermirdisə, artıq bu cür sualları ünvanlamağa başlayacaqlar ki, şirkətlərin maliyə analizlərini apara bilsinlər.

Dünənə kimi qloballaşmanı dəstəkləyir və ona doğru can atırdıqsaq, bu gün artıq lokal bazaralarda fokuslaşmaq daha vacib məsələyə çevrilir. Qloballaşma tərsinə çevriləcək, çünki təchizat zəncirindəki problemlər və qlobal qeyri-sabitlik şirkətləri yerli istehsalçıya sövq edir. Bu gün ətraf mühit tamamilə dəyişib və yerli olmaq istəyən şirkətlər üçün daha çox gündəlik nəzarətə sahib olmaq və milli təhlükəsizlik narahatlıqlarından qaçmaq kimi yeni üstünlüklər var.

Microservis yanaşması artıq real biznəslərə yeni vision gətirməyə başladı. Bunu ilkin səbələrindən biri də artıq CEO-ların texniki insanlar olmasıdır. Bu tendensiya davam edəcək. Biznes sahibləri CEO-larını texniki insanlarla əvəz edecək.

Bazarda qalib texnologiya şirkətləri məhsul satışından biznes nəticələri və həllərin satışına keçəcəklər. Bu sadə səslənir, lakin bu, bazara yeni və fərqli bir yanaşmadır. Bu, sadəcə texnologiyanın satışından kənara çıxır — siz həm də bu məhsulun biznesi necə yeniləşdirəcəyini və təkmilləşdirəcəyini satırsınız.

Facebook, Apple, Amazon, Netflix və Google-un dominant oyunçular olaraq qalacağını düşünürdülər, lakin iyirmi ildən çox müddətə zirvədə qalmaq çətindir. Düşünürəm ki, gələn il “Böyük beşlik”dən kimsə ayrılacaq. İBM, Cisco .. kimi onların taleyidə dəyişəcək. Yeni texnologiya kimin əlindədirsə o arıtq zirvəyə oturacaq.

Game

Oyun sənayesini dəyişdirən texnologiyalar ilkin proqnozlaşdırılandan daha yavaş inkişaf edəcək. İnsanlıq yarandığı gündən yeniliyə uyğunlaşması çox çətin olub. İlk öncə yenilik eşidən zaman çox həyəcanlanırıq sonra həyəcan sönür və biz pessimist oluruq və texnologiyanın nəticə verməyəcəyi qənaətinə gəlirik.

5G&IoT
IoT və 5G-nin tətbiqi ilə cloud və edge daha geniş yayılacaq. Artıq rahatlıqla deyə bilərəm ki, IoT və 5G biznes üçün hazırdır və əlçatandır. İnanıram ki, hər bir şirkət rəqəmsal şirkətə çevriləcək və IoT və 5G bunu daha da irəli aparacaq. Yeni ildə və ondan sonrakı dövrdə həm müəssisələr, həm də fərdlər işlərini və həyatlarını yaxşılaşdırmaq üçün həqiqətən bu texnologiyalara baxmalıdırlar.

Süni intellekt əsas istiqamətə keçməyə davam edəcək və sürətlə böyüməyə başlayacaq. Süni intellekt kibertəhlükəsizliyi təkmilləşdirmək, IoT-dən təsirli anlayışlar əldə etmək, biznes proseslərini avtomatlaşdırmaq və məzmun yaratmaq üçün getdikcə daha çox istifadə olunacaq. Süni intellekt eyni zamanda fərdiləşdirilmiş səhiyyə, real vaxt rejimində təchizat zəncirinin idarə edilməsi və monitorinqi və sair kimi texnoloji irəliləyişlərin növbəti dalğasının əsasını təşkil edəcək. Əziz dostum Ələkbər Vəlizadə illər öncə bir Aİ laboratoriyasının təməlini qoyanda bəlkədə onun bu günləri gördüyünü və bu günlərə hazır olmağımıza bir mesajı idi.

Cyber Security

Geosiyasi hadisələr, mütəşəkkil cinayətkarlıq və qabaqcıl hakerlik nəticəsində yaranan təhlükəsizlik narahatlıqları kibertəhlükəsizliyi hər zamankindən daha vacib hala gətirərək diqqət mərkəzində olmağa davam

--

--