2024-cü il üçün Texnologiya dəyişiklikləri

Vurğun Hacıyev
2 min readDec 18, 2023

Gələcək ildə mümkün texnoloji tendensiyalarla bağlı proqnozlarımı, təxminən hər il bu vaxt paylaşmağa başlayıram. Son illərdə verdiyim proqnozlar olduqca dəqiq oldu. Nəzərə alın ki, 2020-ci ildə COVID-19-un gözləniləndən daha böyük iqtisadi təsir göstərəcəyini proqnozlaşdırmışdım; 2023-cü ildə isə maliyyə axının sərtləşəcəyi, risk almanın yavaşlayacağı, hətta “Böyük beşlik-dən yer dəyişmələrin olacağını söylədim.

Dünya, 2024-cü ilə doğru irəliləyərkən iqtisadiyyat, hökumət və biznes liderlərin diqqət mərkəzində olmağa başladıqlarını gördük.(Inmerge Innovation Summit 2023AWS re:Invent 2023 tədbirləri bunun bariz nümunəsidir).

Yeni bir modelmi qurulur?

Bəli, artıq hökümət, texnologiya strategiyasında lokomotivə çevrilməyə çalışır. Proqnozlarımı 3 əsas mövzu altında sadalayacam.

Aİ onilliyi

Süni intellekt demək olar ki, internet və bulud texnologiyasının birləşməsindən daha böyük, fundamental texnoloji dəyişikliyə səbəb olacaq. AI tamamilə əsas istiqamətə keçəcək. Mən ilk dəfə bunun 2022-ci ildə proqnoz edirdimsə, biz bunun başlanğıcını 2023-cü ildə müşahidə etdik.

Artıq AI dövrünə keçid başlayır. 2024-cü il bunu daha da irəli aparacaq. Elektronlaşma, rəqəmsallaşma sözlərini yavaş-yavaş AI əvəzləyəcək.

--

--