The Role of a CTO in a Technology Company

Vurğun Hacıyev
ATL Tech
Published in
4 min readNov 9, 2019

--

Texnologiya şirkətləri üçün iqtisadi böhran səbəbiylə, CTO’lar şirkətlərinin rəqabətə davamlılığına köməkçi olmaq yolunda texnoloji imkanları ətraflı bir şəkildə yenidən nəzərdən keçirməyə çalışırlar. Bir çoxları üçün bu vəziyyət ən əhəmiyyətli proyektlərindən bəzilərinin təxirə alınması və ya ləğv edilməsi mənasını verməkdədir. Amma bu addım böhran vəziyyətində yalnız xərcləri azaltamaq gözüylə baxmaq, yalnış bir yanaşma olmasını düşünürəm.

Şirkətilərin bu gün üçün rəqabət etməyi davam etdirmələri yanında, sabah şərtlər yaxşılaşdıqdan sonrası üçün də, şirkətin doğru istiqamətlən-dirilməsindən əmin olmaq üçün əlavə olaraq başqa strategiyaları nəzərdən keçirilməlidir.

CTO böhran kontekstində biznes avtomatlaşdırılması və innovasiya yolu ilə rəqabət üstünlükləri reallaşdırmaq üçün imkan gəlirlilyini artırılması baxımından cəsarətli həlləri həyata keçirilməsi üçün təkliflər hazırlamalıdır.

“Çətin iqtisadi mühitlərdə CTO’lar biznesə necə daha çox dəyər qata bilər?” Başlıqlı qeydlərimiz eyni zamanda bu idarəçilərin təşkilat içində necə daha çox təsirli ola biləcəyi mövzusunda bəzi ipuclarına da yer verir.

CTO’lar böhrandan çıxışda son dərəcə əhəmiyyətli bir rol oynaya bilərlər. Böhran şəraitində CTO’nun prioritetləri dəyişir CTO’ların şirkət içindəki rollarının son dərəcə kritik olduğunu ifadə etmək üçün deyə bilərəm ki,

“Böhran şəraitində CTO’ların xərcləri salma strategiyalarına əlavə olaraq başqa strategiyaları də nəzərə almaları lazımdır. Hər texnologiya təşkilatında özünə xas bəzi problemlər vardır ki, misal olaraq, məlumatlar üzərində əməliyyatlar, çətin inteqrasiya səyləri, kadr problemləri, satıcı münasibətləri problemləri, iş strategiyasına uyğun olmayan investisiyalar kimi halları qeyd etmək istəyirəm.

Ancaq indiki vaxtda qarşı-qarşıya olduğumuz çətin şərtlər və iqtisadi böhran, ilk öncə təşkilatın ümumi olaraq təsir təməl problemləri üzərində fokuslanmağı tələb edir.

Bu səbəblə artıq CTO təşkilatın qarşı-qarşıya qalacağı yeni çətinlikləri cazibə qüvvəsindən çıxmadan əvvəl təxmin edə bilməli və şirkəti inkişaf edən yeni mövqelərə hazırlama mənasında kifayət qədər oyanıq olmalıdır. Bu qeydlər qlobal iqtisadi böhran şəraitində fəaliyyətlərini davam etdirməyə çalışan bütün şirkətələrə faydalı olacağına inanıram. “.

Alttenativ həlləri nəzərə alamaq

Texnologiya şirkətlərində və ya şirkətlərin İT qurumlarında irili xırdalı çox sayda layihə içindən önəmlilik və prioritetlik olaraq bir siyahı hazırlanması CTO’ların əsas vəzifələri arasındadır. Komandanın mövcud layihələrdən hansılarını diqqət mərkəzində cəmləşdirəcəklərini , hansı işlərin outsource (kənar) xidmətlər ilə təyin ediləcəyini , belə bir siyahının təməl prioritetləri arasındadır.

Riskləri analiz etmək

Böhran vəziyyətində ən önəmli faktorlardan biri də şirkətlərin risk idarəetmə planının hazırlanma prosesində, riskləri idarəetmə və sonrasında izləniləcək strategiyanın düzgün planlaşdırılması lazımdır.

Risklərin ən zəif halqası hər zaman insan faktorudur!

“İnformasiya Texnologiyaları riski yalnız İnformasiya Texnologiyaları departamentləri maraqlandıran bir risk deyil. Meydana gələ biləcək risklər bütün şöbələri bu səbəbdən bütün biznesi maraqlandırır. Buna görə yaradılacaq risk siyasətini təşkilat içində paylaşaraq məlumatlılığı yaratmaq CTO –nun ilk vəzifələrindəndir.

Bir Maliyyəçi kimi düşünmək

CTO’ların şirkətin ən yüksək vəzifəli əməkdaşları ilə sıx kommunikasiya əlaqəsi olması lazımdır. Çünki, CTO işinin təbiətində şirkətin bütünü ilə ünsiyyət içində və vahidlərlə tam bir əməkdaşlıq qurmaq məcburiyyətindədir. Şirkətin strukturu böhrana reaksiya verəcək şəkildə dəyişdikcə, CTO -larda dəyişikliklərin texnologiya infrastrukturu üzərindəki təsirlərini düşünmək məcburiyyətindədir. Şirkətin ümumi prioritetlərini nəzərə aldıqca, həm tərəfsiz, həm də qərarlı olması lazım olan CIO, iş ehtiyaclarına uyğun olmayan fikirləri aradan qaldırmalı və iş baxımından kritik əhəmiyyəti olan investisiyalara fokuslaşmaldır.

İş ehtiyaclarını əvvəldən təxmin etmək

Biznes strategiyası və bizens memarlığı IT strategiyası və memarlıq üst-üstə düşür. Bir müddətdən sonra bu sıx qarşılıqlı tam vəhdətə çevrilir. Məhz bu bağlantı yaxşı nəticələrə nail olmaq üçün İT və biznes tərəfindən dəstəklənir. Model stabil bazar şəraitində həm sərt rəqabət biznesin inkişafına, həm də müştərilər ilə və şirkət daxilində münasibətlərdə dəyişiklik edilməsini çevikləşdirir, asanlaşdırır . Bəzən isə, CEO və idarə heyətinin prioritetləri ilə CTO’nun düşüncələri üst-üstə düşə bilməyə bilər. Qeyd etməliyəm ki ,bu gün bütün idarəçilər (CEO -lar) texnologiya mövzusunda yeni fikirlərə açıqdır. Lakin, böhran mühitində biznes strategiyası daha kritik olan problemlərə diqqətni yönəldir.Ola bilir ki, bu zaman gözdən qaçmalar müşahidə edilir. Məsələn, biznes komandasına lazım olacaq alətlərin seçilməsi, şirkət strukturunda ediləcək dəyişikliklər ( ixitsarlamalar, bölmələrin birləşdirilməsi ) kimi çətin və mürəkkəb mövzular daim əhəmiyyət və prioritet sıralarındadır. Belə vəziyyətlərdə CTO –nun vəzifəsi idarə heyətinin işini asanlaşdırmalı və proseslərin optimallaşdılamasında səy göstərməldir.

Talant bazasını gücləndirmək

İqtisadi böhran çox sayda istedadlı insanın bazara çıxmasına səbəb olur. Daha yaxşı zamanlar üçün planlaşdırma etməyə başlamanın asan yollarından biri də, bu çox uzun sürməyəcək fürsətdən ən yaxşı şəkildə faydalanmaq və qabiliyyətliləri şirkətə qazandırma strategiyasını formalaşdırmaq.

Satıcılarla əməkdaşlığı möhkəmləndirmək

Bu günlərdə satıcılar üçün müştəri itirmək, daha öncə olmadığından çox narahatlıq hissi keçirir. CTO’lar üçün belə dövrlərdə ediləcək ən yaxşı iş daha güclü satıcı siyahısı hazırlamaqdır. Yaxşı satıcı əldə etmək yalnız daha yaxşı razılaşmalar etmək deyil. Ən yaxşı satıcılar şirkətlərə dəyər qatmaq üçün CTO’larla birlikdə əməkdaşlıq qurur və belə bir ortaqlığı möhkəmləndirmək yollarını axtararlar.

Yüksəliş zamanına hazır olmaq

Böhran sonsuza qədər davam etməyəcək. Müvəffəqiyyətli CTO’lar mövcud çətinliklərdən qaynaqlanaraq dünyagörüşlərinin dəyişməsinə icazə verməməlidir. Əhəmiyyətli olan, iqtisadiyyatın yüksəliş dövründə hazırlıqsız olmamaqdır. Bu səbəblə CTO’lar ən yenilikçi, ən yaradıcı proqramların hamısına diqqət etməli, komandasının yeni yanaşmalara və texnologiyalara fokuslanmağını təmin etməlidir. Yeni iş modellərini araşdırmaq isə yüksəliş dövründə şirkətin daha sürətli hərəkət etməsini təmin edəcək.

Stratuplara yatırım etmək

Böhranın ciddi təsirindən qorxmaq lazım deyil. Bütün böhranlar tez gec başa çatacaqdır. Böhran IT bazarı üçün katalizator ola bilər.Məsələn tarixə nəzər salsaq Rusiya bazarında “Yandex” məhz böhran dönəminin məhsuludur. Hewlett-Packard daha çox bilinən adıyla HP, bu gün dünyanın ən böyük kompüter hardware və proqram təminatı istehsalçı şirkətlərindən biridir. Nə var ki, şirkətin quruluşundan bir neçə il sonrası 40lı illər müharibə dövrünə bərabər gəlir. II. Dünya müharibəsində Almaniya zərər görən dənizaltı donanması üçün hərbi sahədə radarlarla bağlı xüsusi cihazlara ehtiyac duyur. Bu mənada özünü qısa müddətdə sübut edən Hewlett-Packard, döyüşü və döyüşün olduğu böhran dövrünü fürsətə çevirir. Almaniyanın istədiyi cihazları müvəffəqiyyətlə çıxaran HP, o illərdə təxminən 45 nəfərlik bir heyətlə milyon dollarlıq gəlirlər əldə etməyi bacarır.

--

--