Ənənəvi TechCrunch Disrupt 2023 də bu il nə baş verdi.

Vurğun Hacıyev
2 min readSep 22, 2023

TechCrunch Disrupt 2023 tədbiri sahibkarlar, texnologiya şirkətləri, investorlar və texnologiya həvəskarları üçün böyük hadisə kimi tanınır. Əvvəlki illərlə müqayisədə builki tədbirdə iştirakçıların sayının artdığı hiss oluncaq qədərdir.

Uzun növbədən sonra həyəcanla içəri daxil olur, illərdir ölkəmizə aid təşəbbüskarların (startup) məhz bu tədbirdə iştirak həyəcanını hiss etmək üçün tələsirəm, lakin, həmin gün Qarabağımızda həyata keçirilən anti-terror xəbəri duyğularımı tamamilə dəyişib, həm sevinir, həm həyacanlanır, həm duyğulanır həm də orda nə baş verir deyə narahat oluram. Hər şey qarışıb. Odur, “Azərbaycan” sözünü görüb, iti addımlarla, qürurla təşəbbüskarlara tərəf irəliləyirəm…..

Texnologiya

“AI və maşın öyrənmə alqoritmləri” artıq daha müstəqil və yüksək səviyyədə işləyir və bu, yeni və yaradıcı istifadə məqsədləri üçün fürsətlər yaradır. Bu, qurğu (hardware) və proqram təminatı arasında güclü bir kompleks tamamlanma təşkil edir.

Süni Zəkanın istifadə edilmədiyi məhsul komandaları TechCrunch çətirinin altında yer almamaqdadır. Bir çox startup, daha innovativ və sərfəli texnologiyaları inkişaf etdirmək üçün “AI” və “hardware”-ı birləşdirir. Bu, yeni təşəbbüslər üçün fürsətlər yaradır və investorların marağını cəlb edir. Bu gün 20 dən çox startup məhsullar ilə tanış olduqdan sonra, ortaya çıxan mənzərə, “yenidən hardware dönəmi geri qayıdır?” , yaxud “yeni formula Hardware+AI dırmı?” suallarını doğrurur.

“Kosmik texnologiyalar” və kosmik sənaye son illərdə daha çox sahibkar və özəl şirkətlərin diqqətini cəlb edir. Sanki SpaceX-dən sonra sahibkarların kosmik sahəyə toxunuş etmələri, özəl sektora aid bazar paylarının olmasını hiss etmələri, bu sahədəki inkişafı və əməkdaşlığı təşviq edir. Amazon qurucusu Jeff Bezos tərəfindən qurulan Blue Origin, alt kosmos turizmi və alt kosmos nəqliyyatı kimi sahələrdə işləməsi, şirkətin New Shepard və Crew Capsule adlı raketi hazırlaması diqqətimizdən yayınmamaqdadır. Disrupt 2023 çətirinin altında alternativ enerji sanki artıq yerini, kosmos texnologiyaları ilə məşğul olan sahibkarlara buraxıb.

Tədbirdə ən çox diqqət çəkən texnologiya sahələrindən,”MedTech (Tibbi Texnologiya)”-i qeyd etmək istəyirəm. Rəqəmsal Sağlamlıq Qeydləri və Məlumat Analitikası, TeleHealth, Tibbi görüntüləmə texnologiyaları xəstələrin diaqnoz və müalicə proseslərini yaxşılaşdırmaq üçün istifadə olununan Süni zəka (AI), Mobil telefonda qan analizi cihazların tətbiqi.

Tədbirdə insan resurslarına aid texnologiya sahəsində olan təşəbüskarların, fərdlərin artıq ənənəvi iş saatlarının dəyişdirilməsi, daha fərdi yanaşmalar edilməsini, işəgötürənlərin işçilərə o pensiya planı azadlığı təklif etmələri artıq bu sahədə də yeniliklər baş verəcəyi mesajını almaqdayıq.

FinTech , Saas hələki öz ənəsini saxlmaqda davam edir.

#Unicorn gözləməyə davam edirik…..

--

--